Azərbaycandakı banklardan biri minimal kapitala olan tələbi pozub

Azərbaycandakı banklardan biri minimal kapitala olan tələbi pozub
# 25 oktyabr 2016 08:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Bank Melli İran Baku"nun aktivlərinin həcmi 2016-ci ilin III rübündə 88,938 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,4% çoxdur.


Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 13,2% azalaraq 8,506 mln. manat olub.


Bankın depozit portfeli il ərzində 7% azalaraq 2,52 mln. manata çatıb. Hesabat dövründə maliyyə təşkilatının öhdəlikləri 53,136 mln. manata çatıb ki, bu da illik müqayisədə 6,9% artım deməkdir.

Cari ilin 9 ayında bankın məcmu kapitalı 30,24% azalaraq 35,801 mln. manat təşkil edib ki, bu, tənzimləyicinin minimal məcmu kapitala olan tələbdən (50 mln. manat) aşağıdır.

Bankın nizamnamə kapitalı dəyişməyərək 51 mln. 433 min 671,44 manat səviyyəsində qalıb.

Cari ilin 9 ayını bank 15 mln. 655 min 974,05 manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR