Polşanın müdafiə naziri qəzaya düşüb

Polşanın müdafiə naziri qəzaya düşüb
# 25 yanvar 2017 21:16 (UTC +04:00)

Polşanın müdafiə naziri Antoni Maçareviç yol qəzasına düşüb.

APA-nın məlumatına görə, bu barədə “TVN24” telekanalı xəbər verib.

İnsidentin Torun şəhəri yaxınlığında baş verdiyi bildirilir. Məlumata əsasən, altı avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada müdafiə nazirinin də maşını olub.

Polşa müdafiə nazirliyinin rəsmisi Bartolomey Mişeviç qəza nəticəsində nazirin xəsarət almağını bildirib. İlkin məlumata görə, zəncirvari qəza nəticəsində 2 nəfər yaralanıb. Onların həyatlarına təhlükə olmadığı qeyd olunur. Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR