Evinin damından yıxılan Bakı sakini ölüb

Evinin damından yıxılan Bakı sakini ölüb
# 19 oktyabr 2016 10:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakının Sabunçu rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 16-da Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Novruz Paşayev evinin damından yıxılıb. Xəstəxanaya yerləşdirilən N. Paşayev oktyabrın 18-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR