İstanbulun gecə klubunda baş verən terrorla bağlı saxlanılanların sayı 14-ə çatıb

İstanbulun gecə klubunda baş verən terrorla bağlı saxlanılanların sayı 14-ə çatıb
# 03 yanvar 2017 11:48 (UTC +04:00)

İstanbulun “Reina” gecə klubunda baş verən terror hadisəsi ilə əlaqədar saxlanılanların sayı 14-ə çatıb.

APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bu barədə İstanbul Terrorla mübarizə idarəsi təmsilçiləri bildirib.

Məlumatda qeyd olunub ki, hadisə ilə bağlı 8 nəfərin ifadəsi alınarkən daha 4 nəfər saxlanılıb.

Bildirilib ki, hadisəni törədən şəxsin görüntüləri KİV-də yayılandan sonra hüquq-mühafizə orqanlarına yeni məlumatlar daxil olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR