Gürcüstanda ağır yol qəzası nəticəsində 5 nəfər yanaraq ölüb

Gürcüstanda ağır yol qəzası nəticəsində 5 nəfər yanaraq ölüb
# 02 yanvar 2017 02:15 (UTC +04:00)

Gürcüstanda dəhşətli yol qazası baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Rustavi şəhərində qeydə alınıb.

BMW markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və abidəyə çırpılıb.

Güclü zərbənin təsirindən avtomobildə yanğın baş verib. Nəticədə maşında sıxılmış vəziyyətdə qalan 5 nəfər yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR