Füzuli rayonunun İkinci Zobucuq qəsəbəsində xəstəxanada yanğın olub

Füzuli rayonunun İkinci Zobucuq qəsəbəsində xəstəxanada yanğın olub
# 19 fevral 2017 10:36 (UTC +04:00)

Füzuli rayonu, İkinci Zobucuq qəsəbəsində Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 1400 m2 olan birmərtəbəli xəstəxanada, sahəsi 20 m2 olan palatanın içərisində 1 ədəd yataq dəsti yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan 1 ədəd plastik qapı əriyib.

Xəstəxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR