Rusiya OPEC-lə danışıqlara qoşulmaqla $6 mlrd. qazanıb

Rusiya OPEC-lə danışıqlara qoşulmaqla $6 mlrd. qazanıb
# 17 noyabr 2016 09:52 (UTC +04:00)

Rusiyanın neft hasilatının məhdudlaşdırılması ilə bağlı OPEC-lə danışıqlara qatılması şimal qonşumuzun dövlət büdcəsinə 400 mlrd. rubl ($6 mlrd.) qazandırıb. "APA-Economics" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Rusiya hökumətindəki mənbələrinə istinadən yazır.

Rusiyanın danışıqlara qoşulması yanvar ayında 1 barrelinin qiyməti $27 olan neftin orta illik dəyərinin $44-dək artmasına səbəb olub.

Agentliyin xəbərinə görə, bu cür qiymətləndirmə onu deməyə əsas verir ki, Rusiya digər iri neft istehsalçıları ilə hasilatın dondurulması istiqamətində danışıqları davam etdirməkdə maraqlıdır. Ötən gün Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, cümə günü Qətərin paytaxtı Dohada Səudiyyə Ərəbistandan olan həmkarı Xalid əl-Falih ilə görüşə bilər: "Biz birgə müzakirələri davam etdirəcəyik. Hazırda OPEC daxilində müzakirələr gedir. Noyabr ayının 30-dək OPEC daxilində razılığın əldə olunacağına ümidliyik".

Nazir əlavə edib ki, OPEC bazarda neftin hasilatının stabilləşdirilməsi ilə bağlı razılığın əldə olunduğunu bəyan etdikdən sonra Rusiya karteli dəstəkləməyə hazırdır: "Biz OPEC-in qəbul etdiyi istənilən qərarı dəstəkləməyə hazırıq".

O qeyd edib ki, hazırda hasilatın cari ilin noyabr, həmçinin yanvar ayı səviyyəsində dondurulması ilə bağlı müzakirələr gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR