Bakı-APA. Bakının çimərliklərində ötən gün axşam saatlarında batmaq təhlükəsi ilə üzləşmiş 2 şəxa xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında istinadən verdiyi xəbərə görə, paytaxtın Xəzər rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Daha bir vətəndaş Bakının Sabunçu rayonunda dənizdə (xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilib.