2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan 7 982,2 mln. ədəd papiros və siqaretlər və 800,4 ton fermentləşdirilmiş tütün istehsal edib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkədə papiros və siqaretlərin istehsalı 2 dəfə artıb, fermentləşdirilmiş tütünün istehsalı isə kəskin dərəcədə - 3,5 dəfə azalıb.
Qeyd edək ki, Azərbaycanda yanvar-iyul aylarında istehsal olunan tütün məmulatlarının ümumi dəyəri 341,2 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 62,5% çoxdur.