Tarix Muzeyinə Ağqoyunlular dövrünə aid sikkələr daxil olub

Tarix Muzeyinə Ağqoyunlular dövrünə aid sikkələr daxil olub
# 13 fevral 2018 07:30 (UTC +04:00)

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə yeni sikkələr daxil olub.

AMEA-dan APA-ya verilən məlumata görə, Təbriz, Van, Diyarbəkir və Ərzincan zərbxanalarının istehsalı olan gümüş təngələr Ağqoyunlu hökmdarları – Uzun Həsən (1453 - 1477), Yaqub (1478 - 1490), Rüstəm (1491 - 1496), Məhəmməd (1497 - 1499) və Əlvənd (1497 - 1504) adından zərb edilib.

Ağqoyunluların sikkə zərbi və pul dövriyyəsinin tədqiqində önəmli vasitə olan bu təngələr hazırda muzeyin Numizmatika Fondunda qorunur.

Sikkələr Ağqoyunlu tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR