Bank Of Baku

Üç gün əvvəl itkin düşmüş kursant tapılıb - VİDEO

Üç gün əvvəl itkin düşmüş kursant tapılıb - VİDEO
# 16 fevral 2022 22:46 (UTC +04:00)

Heydər Əliyev adına Hərbi Akademiyanın üç gün əvvəl itkin düşmüş kursantı Hüseynli Vüsal Elşən oğlu tapılıb.

Bu barədə APA-ya kursantın atası Elşən Hüseynov məlumat verib.

E. Hüseynov bildirib ki, oğlu Vüsal Hüseynli bir neçə dəqiqə əvvəl hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.

Bundan sonra ondan xəbər olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR