Azərbaycan və Türkiyə arasında növbəti hərbi təlimlər keçirilir - VİDEO

Azərbaycan və Türkiyə arasında növbəti hərbi təlimlər keçirilir - <span style="color: red;">VİDEO
# 12 may 2015 08:04 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin silahlı qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin 3-cü ordusunun komandanı, ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə keçiriləcək.

Təlimlər mayın 16-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR