Amsterdamın mərkəzində partlayıcı qurğu zərərsizləşdirilib

Amsterdamın mərkəzində partlayıcı qurğu zərərsizləşdirilib
# 08 fevral 2017 21:23 (UTC +04:00)

Amsterdamın mərkəzində polis tərəfindən partlayıcı qurğu zərərsizləşdirilib.

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə Amsterdam polisi məlumat verib.

Məlumata görə, partlayıcı qurğu şəhərin mərkəzində, Leyden meydanında yerləşən hoteldə aşkar edilib.

Şahidlərin sözlərinə görə, naməlum şəxslər hotelə əl qumbarası atıb, lakin xoşbəxtlikdən qumbara partlamayıb. İnsidentin təfərrüatları barədə rəsmi məlumat verilmir.

Hazırda polis tərəfindən əhatəyə alınan ərazidə hərəkət bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR