"Keşlə"nin paraqvaylı futbolçusu: "Bakı dünyanın bir nömrəli şəhəridir"

"Keşlə"nin paraqvaylı futbolçusu: "Bakı dünyanın bir nömrəli şəhəridir"
# 26 dekabr 2019 11:07 (UTC +04:00)

“Azərbaycan ilk növbədə onunla fərqlənir ki, rəqəmsal platformalardakı məhdudiyyət üzündən seriallara baxmaq çətindir”.

Apasport.az saytının məlumatına görə, bunu Bakının “Keşlə” klubunun futbolçusu Lorenzo Frutos deyib.

Azərbaycan Premyer Liqasının şərikli bombardirlərindən olan paraqvaylı hücumçu vətənində verdiyi müsahibə ölkəmiz barədə danışıb. O, üzləşdiyi çətinlikləri vurğulayıb: “Məsələn, mən sevimli seriallarım olan “Zodiak cəngavərləri” və “Superçempionlar”a baxa bilmirəm. Digər problem ondan ibarətdir ki, soyunub-geyinmə otağında ab-hava fərqli olur. Komanda yoldaşlarımın əksəriyyəti müsəlmandır və öz adətləri var. Onlar gündə beş dəfə ibadət edirlər. Amma bu ölkədə həmişə xarici mədəniyyətə qarşı səmimiyyət və yaxşı səviyyədə hörmət görürəm. Komandadakı digər cənubi amerikalılar Franko Flores və Sezar Meza Kolli ilə birlikdə oyunlardan öncə musiqi ifa edirik ki, ab-havanı yüksəldək. İndi artıq özləri bizdən xahiş edir ki, komandanı bir az ruhlandıraq”.

L.Frutos əsas problemin dillə bağlı olduğunu qeyd edib və başına gələn ən maraqlı hadisədən danışıb: “İngilis dilində özümü çox yaxşı idarə edirəm. Amma azərbaycanca çox çətindir. Belə də isə hamı ingiliscə bilmədiyindən bir az çətin olur. Bir gün yoğurt almaq istəyirdim. Nəticədə mənə südlü qaymaq verdilər. Çünki mən dili bilmirəm”.

30 yaşlı forvard Bakının gözəlliklərinə məftun olmasını da gizlətməyib: “Bakı dünyanın bir nömrəli şəhəridir. Bu, həqiqətən də belə görünür. Siz küçə ilə rahat hərəkət edirsiniz. Heç bir cinayətkarlıq yoxdur. Hər şey, binalar çox gözəldir. Bu, stadionlara da aiddir. Bizim oynadığımız arenalar tam müasirdir. Burda hər şey Avropasayağıdır, yüksək səviyyədə təşkil olunub”.

Legioner “Keşlə”nin hədəflərinə də toxunub: “Hazırda komandamız Premyer Liqada 3-cü pillədə qərarlaşıb. Əgər mövqeyimizi qorusaq, Avropa Liqasına yüksələcəyik. Bu da bizim əsas hədəflərimizdəndir. Əlbəttə, çempionluq barədə də düşünürük. Çünki əsas məqsədimiz də çempionluq kubokunu qaldırmaqdır”.

Musiqiyə xüsusi sevgisi olan cənubi amerikalı Bakıda da hobbisindən əl çəkmir: “İstirahət günlərində komanda yoldaşları ilə bir yerə yığışırıq. Mən gitaramı çıxarıb ifa edirəm. Qardaşım radioda çalışanda da mən onu müşayiət edirdim. Hətta orada Mileşin ləqəbim də var idi. Verilişə sponsorlar da tapırdıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR