DİN Lənkəranda baş vermiş yol qəzası barədə məlumat yayıb

DİN Lənkəranda baş vermiş yol qəzası barədə məlumat yayıb
# 07 sentyabr 2015 10:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda baş vermiş yol qəzası barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 17 radələrində Lənkəran rayonunun Gərmətük qəsəbəsində rayon sakinləri Fail Hüseynovun idarə etdiyi “Mercedes” və Hidayət Məmmədovun idarə etdiyi “VAZ-21053” markalı avtomobillər toqquşub. Nəticədə H.Məmmədov və azyaşlı nəvəsi Zeynəb Məmmədova xəstəxanaya yerləşdirilib, H.Məmmədov orada ölüb.

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR