Oğuzda gənc oğlan barmaqlarını kəsib

Oğuzda gənc oğlan barmaqlarını kəsib
# 01 iyun 2018 07:03 (UTC +04:00)

Oğuzda 19 yaşlı oğlan iş yerində elektrik mişarı ilə barmaqlarını kəsib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, mayın 31-i saat 17.00 radələrində rayonun Bayan kənd sakini, 1999-cu il təvəllüdlü İdris Fazil oğlu Abbasov sol əlin 1-ci, 2-ci və 3-cü barmaqlarının kəsilməsi xəsarəti ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.


MRX-dan APA-ya bildirlib ki, o, rayon mərkəzində fəaliyyət göstərən dülgər sexində elektrik mişarı ilə iş görən zaman ehtiyatsızlıqdan barmaqlarını kəsib. İdris Abbasovun baş barmağı tam üzüldüyündən onun müayinə və müalicəsini davam etdirmək üçün valideynlərinin istəyi ilə bu gün səhər saatlarında Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR