Masallıda güclü külək ciddi fəsadlar törədib - YENİLƏNİB

Masallıda güclü külək ciddi fəsadlar törədib - <span style="color: red;">YENİLƏNİB
# 25 sentyabr 2017 23:26 (UTC +04:00)

Masallıda güclü külək ciddi fəsadlar törədib.

Bu barədə APA-nın cənub bürosuna Masallı Memarlıq və Tikinti şöbəsinin müdiri Abbas Mikayılov məlumat verib. Onun sözlərinə görə, güclü külək və leysan yağışları nəticəsində 50 saylı yaşayış binasının dam örtüyünün bir hissəsi uçub. Nəticədə 5 avtomobil uçqun altında qalıb. Bu gün binanın dam örtüyü yenidən bərpa olunacaq. Hazırda ərazi ağır texnika və canlı qüvvənin köməkliyi ilə təmizlənir.

Bundan başqa güclü külək Masallı şəhərində beş ədəd iri gövdəli ağacı kökündən qoparıb, elektrik naqillərinə ciddi ziyan dəyib. 110 kilovatlıq yarımstansiyada baş verən qəza nəticəsində transformatorlar sıradan çıxıb.

Hazırda bir neçə kənd və rayonun bir hissəsi elektrik enerjisiz qalıb. Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

***

23:19

Masallıda güclü külək səbəbindən yaşayış binasının dam örtüyü uçub, bir neçə avtomobil əzilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində, 50 nömrəli binada qeydə alınıb.

Güclü külək və yağış səbəbindən binanın dam örtüyü uçub. Nəticədə orada avtomobillərini park edən sakinlərə məxsus 5-6 maşına ciddi ziyan dəyib.

Bir neçə kənddə enerji verilişində qısa fasilələr olub. Hazırda rayonda güclü küləyİn yaratdığı digər fəsadlar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR