Həsən Ruhani: “Milli Dialoq Konqresi Suriyanın yeni Konstitusiyasını tərtib etməyə kömək edəcək”

Həsən Ruhani: “Milli Dialoq Konqresi Suriyanın yeni Konstitusiyasını tərtib etməyə kömək edəcək”
# 22 noyabr 2017 18:42 (UTC +04:00)

Milli Dialoq Konqresi Suriyanın yeni Konstitusiyasını tərtib etməyə kömək edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani Rusiya-İran-Türkiyə dövlət başçılarının Soçidə keçirilən sammitindən sonra bəyan edib.

“Ümid edirik ki, Konqres Suriyada sülh və sabitliyə nail olmaq üçün yeni bir addım olacaq, yeni konstitusiya əsasında azad seçkilərin keçirilməsinə imkan yaradacaq”, deyə Ruhani bildirib.

Onun sözlərinə görə, konqresin baş tutması üçün Rusiya, İran və Türkiyə mövqelərini əlaqələndirəcəklər. “Biz bütün ölkələri Suriyada sülhün bərqərar olmasına, qaçqınların vətənlərinə qaytarılması üçün şərait yaradılmasına və Suriya iqtisadiyyatının bərpası üçün yardım etməyə çağırırıq”, deyə H.Ruhani qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR