Kolumbiyada ilin əvvəlindən 337 ton kokain müsadirə edilib

Kolumbiyada ilin əvvəlindən 337 ton kokain müsadirə edilib
# 25 oktyabr 2017 04:57 (UTC +04:00)

Kolumbiyada polis ilin əvvəlindən 337 ton kokain müsadirə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri Luis Karlos Vilyeqas bildirib.

“2016-cı ildə polis əməkdaşları 363 ton, bu ilin əvvəlindən isə artıq 337 ton kokain müsadirə edib”, - deyə qurumun “Twitter” hesabında bildirilir.

Kolumbiya, Peru və Boliviya kokainin dünya “qara” bazarına əsas tədarükçüləri hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR