Gürcü parlamentar: ""Şərq tərəfdaşlığı” ölkələrindəki münaqişələr Avropa üçün təhdiddir”

Gürcü parlamentar: ""Şərq tərəfdaşlığı” ölkələrindəki münaqişələr Avropa üçün təhdiddir”
# 12 fevral 2018 14:56 (UTC +04:00)

“Təhlükəsizlik Avropa İttifaqının “Şərq tərəfdaşlığı”na üzv ölkələrin ümumi marağıdır”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri Tamar Xulordava Avronest PA-nın komitə iclasında deyib. O bildirib ki, proqram iştirakçıları olan dövlətlərin 5-i münaqişədən əziyyət çəkir: “Bu ölkələrdəki münaqişələr yalnız onlar üçün deyil, region və Avropa üçün də təhdiddir. Mövcud münaqişələrin təbiəti müxtəlif olduğundan onların həllinə nail olmaq çox çətindir”.

T. Xulordava qeyd edib ki, Gürcüstanın “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrlə mehriban qonşuluq münasibətləri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR