Rusiyada baş verən yol qəzasında azərbaycanlı ölüb

Rusiyada baş verən yol qəzasında azərbaycanlı ölüb
# 10 avqust 2015 08:06 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Ötən gün Rusiyada baş verən yol-nəqliyyat hadisəsi zamanı azərbaycanlı dünyasını dəyişib. APA-nın “informpskov.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə M-20 (Sankt-Peretburq-Nevel) avtomagistralının 424-cü kilometrliyində qeydə alınıb. Qəza zamanı Sankt-Peterburq nömrəsi ilə VAZ-2109, Moskva nömrələri ilə "Ford Fusion" və "Hyundai Starex" markalı avtomobillər toqquşub. VAZ-2109 markalı avtomobilin Azərbaycan vətəndaşı olan 43 yaşlı sürücüsü hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR