SOCAR-a işə düzəltmək adı ilə dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxılıb

 SOCAR-a işə düzəltmək adı ilə dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxılıb
# 11 iyul 2017 10:32 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Alek Abbasov və Rac Axundovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib. R. Axundov barəsində isə 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəltmə adı altında dələduzluq edərək, zərərçəkmişlərə ümumilikdə 40 min manatlıq ziyan vurublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR