Azərbaycan iqtisadiyyatının kredit yükü azalıb

Azərbaycan iqtisadiyyatının kredit yükü azalıb
# 10 yanvar 2020 12:00 (UTC +04:00)

Azərbaycan iqtisadiyyatının kredit yükü 2019-cu il dekabrın 1-nə 20,8%-ə enib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankı və Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu da iqtisadiyyatın kredit yükünün noyabr ayı ilə müqayisədə 1,4 faiz bəndi azalması deməkdir. 2018-ci ilin eyni dövrü ilə müqayisədə isə ölkə iqtisadiyyatının kreditlə yüklənməsi 3,5 faiz bəndi artıb.

Qeyd edək ki, 2019-cu il dekabrın 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 15 116,4 mln. manat, ÜDM istehsalının həcmi 72 852,2 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR