ABŞ-da silahlı insident baş verib, ölən və yaralananlar var

ABŞ-da silahlı insident baş verib, ölən və yaralananlar var
# 09 iyul 2017 23:28 (UTC +04:00)

ABŞ-ın Sinsinatti şəhərində (Ohayo ştatı) silahlı insident baş verib.

APA-nın ABC News-a istinadən verdiyi məlumata görə, əyləncə gecəsində baş verən atışma nəticəsində 1 qadın ölüb, üçü uşaq olmaqla 8 nəfər yaralanıb.

Hazırda polis insidentin motivlərini araşdırır. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR