Azərbaycanda banklara yatırılan depozit və əmanətlər üzrə orta faiz dərəcələri açıqlanıb

Azərbaycanda banklara yatırılan depozit və əmanətlər üzrə orta faiz dərəcələri açıqlanıb
# 13 iyul 2015 13:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin may ayı üzrə Azərbaycan banklarına yatırılan depozit və əmanətlər üzrə orta faiz dərəcələri açıqlanıb.

Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, banklarda manatla yerləşdirilən depozit və əmanətlərin may ayı üzrə orta faiz dərəcəsi 8,81% təşkil edib. Həmin ayda xarici valyutada yerləşdirilən depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8,38% olub.

Cari ilin aprel ayında banklarda manat və xarici valyutada yerləşdirilən əmanət və depozitlər üzrə orta faiz dərəcəsi müvafiq olaraq 8,82% və 8,31% olub. Statistikadan göründüyü kimi, mayda manatla yerləşdirilən depozitlərin orta faiz dərəcəsində 0,01%-lik azalma müşahidə olur. Xarici valyuta banklarda yerləşdirilən depozit və əmanətlərin orta faiz dərəcəsi isə 0,07% artıb.

Qeyd edək ki, mayda hüquqi şəxslər tərəfindən manat və xarici valyutada yerləşdirdiyi depozit və əmanətlərin orta faiz dərəcəsi müvafiq olaraq 5,95% və 4,03%, fiziki şəxslər - 9,66% və 9,50%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR