Gürcüstan parlamenti İTV-də milli azlıqları təmsil edəcək nümayəndəni təsdiq edib

Gürcüstan parlamenti İTV-də milli azlıqları təmsil edəcək nümayəndəni təsdiq edib
# 04 aprel 2018 11:58 (UTC +04:00)

Gürcüstan parlamenti İzabella Osipovanın İctimai Televiziyanın (İTV) Qəyyumlar Şurasına üzvlüyünü təsdiq edib.

APA-nın yerli bürosunun məlumatına görə, İ. Osipovanın namizədliyi 93 deputat dəstəkləyib.

Qeyd edək ki, İ. Osipovanın İTV Qəyyumlar Şurasına namizədliyi Gürcüstan azərbaycanlıları arasında birmənalı qarşılanmayıb. Gürcüstan Azərbaycanlılarının Milli Konqresi dünən parlamentin spikeri və üzvlərini onun namizədliyini dəstəkləməməyə çağırıb. Azərbaycanlıların təmsil olunduğu bir neçə QHT isə əskinə İ. Osipovanın namizədliyinin lehinə olub. İ.Osipova İTV-də milli azlıqların maraqlarını müdafiə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR