Bakıda sürücü avtomobillə piyadanı vuraraq qaçıb

Bakıda sürücü avtomobillə piyadanı vuraraq qaçıb
# 24 dekabr 2019 23:53 (UTC +04:00)

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 62 yaşlı qadın ağır xəsarət alıb.

APA xəbər verir ki, avtoqəza Mərdəkan qəsəbəsində baş verib.

Minik avtomobili yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Xəlilova Mələknisə Bayram qızını vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb.

Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Ona ayağın əzilmiş yarası, qarının və döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR