Şabran sakinini qətlə yetirməkdə şübhəli bilinən 3 nəfər tutulub

Şabran sakinini qətlə yetirməkdə şübhəli bilinən 3 nəfər tutulub
# 17 iyul 2015 12:59 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Şabran rayon sakini Rövşən Əyyubovu qətlə yetirməkdə şübhəli bilinən 3 nəfər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA -ya verilən xəbərə görə, iyulun 15-də Nərimanov rayonu ərazisindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilən və iyulun 16-da orada ölmüş şəxsin Şabran rayon sakini R. Əyyubov olması müəyyən edilib.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elgiz Cəfərli, Elfan Əliyev və Tərtər rayon sakini İsmayıl İmanverdiyev tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR