Azərbaycan Təhsil Nazirliyi Gürcüstana 11 500 ədəd dərslik və metodiki vəsait göndərib

Azərbaycan Təhsil Nazirliyi Gürcüstana 11 500 ədəd dərslik və metodiki vəsait göndərib
# 20 sentyabr 2017 13:28 (UTC +04:00)

Azərbaycanın Təhsil Nazirliyi 2017-2018-ci tədris ili üzrə Gürcüstanın azərbaycandilli məktəbləri üçün 11 adda 11 500 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllimlər üçün metodik vəsait göndərib.

Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-nın yerli bürosuna veilən məlumata görə, dərs vəsaitləri sabah Gürcüstanın Elm və Təhsil Nazirliyinə təqdim ediləcək.

Qeyd edək ki, son 4 ildə Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli məktəbləri üçün ümumi sayı 73 805 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllim üçün metodik vəsaitlər təqdim edib.

Hazırda Gürcüstanda tədrisi Azərbaycan dilində olan 124 məktəb var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR