Avropada futbol üzrə 3-cü klub turniri təşkil oluna bilər

Avropada futbol üzrə 3-cü klub turniri təşkil oluna bilər
# 09 sentyabr 2015 18:51 (UTC +04:00)

Bakı-APA. Avropa səviyyəsində Çempionalar Liqası və Avropa Liqasından əlavə 3-cü, yeni klub turniri təşkil oluna bilər.

Apasport.az saytının məlumatına görə, bu barədə Avropa Klublar Assosiasiyasının İcariyyə Komitəsinin üzvü Mixael Versxuren deyib.

Komitə üzvü bildirib ki, belə bir turnirin keçirilməsi üçün UEFA-ya müvafiq təkliflər verəcəklər. Bu turnirdə isə Çempionlar Liqasından və Avropa Liqasından erkən uzaqlaşmış klublar iştirak edəcəklər.

Hələlik bu barədə ali futbol qurumunun nə qərar verəcəyi bilinmir. Versxuren isə bildirib ki, bu ideyanın həyata keçməsi ən yaxşı halda 2019-cu ildən sonra olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR