PSJ klubuna transfer qadağası qoyula bilər

PSJ klubuna transfer qadağası qoyula bilər
# 29 yanvar 2018 11:25 (UTC +04:00)

UEFA PSJ ilə bağlı yenidən araşdırmaya başlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Paris klubu transferlər zamanı maliyyə feyr-pley qaydalarını pozmaqda günahlandırılır.

Qitə futbol qurumu əvvəlki araşdırma zamanı Neymar və Kilian Mbappenin transfer sənədlərində problem aşkarlamamışdı. Lakin klubun təqdim etdiyi rəqəmlərlə fransızların sponsoru olan Qətər şirkətindəki müqavilə miqdarı üst-üstə düşmür. Bu səbəbdən UEFA PSJ ilə bağlı araşdırmalarını sürətləndirib. Əgər Neymar və Mbappenin keçidində qanunsuzluq aşkarlansa, kluba transfer qadağası qoyulacaq.

Qeyd edək ki, PSJ Neymarı “Barselona”dan 222, Kilian Mbappeni isə “Monako”dan 180 milyon avroya transfer edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR