Siyəzəndə torpaq sürüşməsi 3 evə ziyan vurub

Siyəzəndə torpaq sürüşməsi 3 evə ziyan vurub
# 26 dekabr 2016 07:41 (UTC +04:00)

Siyəzən rayonunda torpaq sürüşməsi baş verib. Rayonun Səədan kəndində baş verən torpaq sürüşməsi 3 evə ziyan vurub. Bu barədə APA-nın şimal bürosuna Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Zəfər Əliyev məlumat verib. Onun sözlərinə görə, rayon mərkəzindən 8 km aralıda yerləşən kənddə torpaq sürüşməsi 3 yaşayış evinə, eləcədə yola ziyan vurub, yolda çatlar əmələ gəlib. Z.Əliyevin sözlərinə görə, əraziyə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları baxış keçiriblər. Hər iki nazirliyinin əməkdaşları müvafiq rəylərini hazırlayıb, aidiyyatı qurumlara təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR