Əfqanıstanda naməlum silahlılar 13 dinc sakini öldürüb

Əfqanıstanda naməlum silahlılar 13 dinc sakini öldürüb
# 06 yanvar 2017 19:20 (UTC +04:00)

Əfqanıstanın Baqlan əyalətində naməlum silahlılar 13 dinc sakini öldürüb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə əyalətin qubernatoru Məhəmməd Əmiri bildirib.

Onu sözlərinə görə, öldürülənlərin hamısı kömür mədəninin fəhlələridir. Hücumun arxasında “Taliban” hərəkatı və yaxud İŞİD qruplaşmasının durduğu ehtimal edilir.

Hücuma görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR