Gürcüstanda silahlı insident zamanı yaralanmış azərbaycanlının vəziyyəti yaxşılaşır

Gürcüstanda silahlı insident zamanı yaralanmış azərbaycanlının vəziyyəti yaxşılaşır
# 24 oktyabr 2017 11:22 (UTC +04:00)

Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində silahlı insident zamanı yaralanmış Ceyhun Çovdarovun xəstəxanada müalicəsi davam etdirilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, həkimlər C. Çovdarovun süni tənəffüs aparatından ayrılmasa da, vəziyyətinin yaxşılığa doğru getdiyini bildiriblər.


Xatırladaq ki, oktyabrın 19-da gecə saatlarında Qızılhacılı kəndində baş vermiş silahlı insident zamanı hakim “Gürcü Arzusu” Partiyasının namizədi C. Çovdarovla yanaşı, onu müşayiət edən 4 nəfər də yaralanıb. Gürcüstan DİN insidentlə bağlı istintaqı davam etdirir.

C. Çovdarov oktyabrın 21-də keçirilmiş yerli seçkilərdə 80,89 faiz səs çoxluğu ilə Marneuli bələdiyyəsinə üzv seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR