Albaniya prezidenti gələn il Bakıda keçiriləcək VI Qlobal Forumda iştirak edəcək

Albaniya prezidenti gələn il Bakıda keçiriləcək VI Qlobal Forumda iştirak edəcək
# 24 dekabr 2017 07:31 (UTC +04:00)

Albaniya prezidenti İlir Metadan Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, İ. Metadan təbrk məktubunda prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xüsusilə son 10 il ərzində əhəmiyyətli dərəcədə inkişaf etdiyini, Azərbaycan xalqının rifah halının xeyli yaxşılaşdığını qeyd edib.

Albaniya prezidenti qeyd edib ki, iki ölkə arasındakı münasibətlər də əvvəlki illərdə heç zaman olmadığı qədər möhkəmlənib və inkişaf edib: "İqtisadi əlaqələr və Trans-Adriatik boru kəməri layihəsinin həyata keçirilməsi ölkələrimizin ortaq gələcəyi üçün möhkəm təməl yaradıb. Bu xoş fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2018-ci il martın 15-dən 17-dək Azərbaycanın paytaxtı Bakı şəhərində “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçiriləcək VI Qlobal Forumunda iştirak etməklə bağlı dəvətini böyük məmnuniyyətlə qəbul etdiyimi bildirmək istəyirəm. Bakıda olacağım və Forumda iştirak edəcəyim müddətdə Sizinlə şəxsən görüşüb qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdan çox məmnun olaram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavan həyat və daha böyük inkişaf arzulayıram. Xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR