İsrail hərbçiləri Qəzzada sərhədi keçən iki fələstinlini öldürüb

İsrail hərbçiləri Qəzzada sərhədi keçən iki fələstinlini öldürüb
# 06 may 2018 14:57 (UTC +04:00)

İsrail hərbçiləri Qəzza sektorundan İsrailə keçmək istəyən iki fələstinlini güllələyib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 3 şübhəli şəxs Qəzza sektorunun cənubundan İsrailə daxil olaraq infrastruktura zərbə vurmaq istəyib və onlardan ikisi öldürülüb.

Qeyd edək ki, son yarım ay ərzində İsrail ordusu Böyük Qayıdış Yürüşü ilə əlaqədar Qəzza sektorunda sərhəddə toplaşan fələstinli aksiyaçılardan 50-yə qədərini öldürüb. İsrail ordusu bunu özünümüdafiə kimi qiymətləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR