Bakıda binada yanğın olub, 3 sakin xilas olunub, 20-si təxliyə edilib

Bakıda binada yanğın olub, 3 sakin xilas olunub, 20-si təxliyə edilib
# 26 iyul 2017 04:47 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın olub. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib. Nəticədə binanın şaxtasından (10-cu mərtəbədən 11-ci mərtəbəyə qədər) keçən elektrik kabelləri 10 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub və 3 nəfərə Təcili Tibbi Yardım Xidməti tərəfindən ilkin tibbi yardım göstərilib. Mənzillər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR