“Bakı-Dairəvi 1” avtomobil yolunda təmir işləri aparılır

“Bakı-Dairəvi 1” avtomobil yolunda təmir işləri aparılır
# 14 may 2018 09:07 (UTC +04:00)

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, “Bakı-Dairəvi 1” avtomobil yolunda əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar olaraq bu gün axşam saatlarınadək sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR