ABŞ Maduronun yaxın ətrafına viza sanksiyası tətbiq edib

ABŞ Maduronun yaxın ətrafına viza sanksiyası tətbiq edib
# 01 mart 2019 21:25 (UTC +04:00)

ABŞ Venesuela prezidenti Nikolas Maduronun yaxın ətrafına viza sanksiyası tətbiq edib.

ONA-nın “RİA Novosti”- yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams deyib.

“ABŞ Venesuelada demokratiyanı sarsıtmağa çalışan şəxslərə qarşı viza sanksiyası tətbiq etdi. Bu sanksiyalar əsasən Venesuela prezidenti Maduronun yaxın ətrafına və onların ailə üzvlərinə qarşı tətbiq edilir”, - deyə Abrams brifinqdə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR