Konsorsium: 2020-ci ildən Azərbaycan qazının Bolqarıstana tədarükünə başlamağa hazırıq

Konsorsium: 2020-ci ildən Azərbaycan qazının Bolqarıstana tədarükünə başlamağa hazırıq
# 21 may 2018 08:45 (UTC +04:00)

“Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində işlər sürətlənib".

"APA-Economics"in məlumatına görə, bu barədə Bolqarıstanın energetika naziri Temenujka Petkova mayın 18-də “Şahdəniz” konsorsiumunun nümayəndələri ilə Azərbaycan qazının bu ölkəyə tədarükü məsələsini və Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin tikintisi layihəsinin müzakirəsi zamanı məlumat verilib.

Konsorsiumun nümayəndələri bildiriblər ki, “Şahdəniz” konsorsiumu 2020-ci ildən etibarən “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Azərbaycan qazının Bolqarıstana tədarükünə başlamağa hazırdır.

"Onlar əmindirlər ki, Bolqarıstan Azərbaycandan ilk qazı 2020-ci ildə ala biləcək", -deyə məlumatda qeyd olunub.

Görüşdə həmçinin, Bolqarıstanın regionda enerji təhlükəsizliyi sahəsində fəaliyyətinin Azərbaycan tərəfindən dəstəkləndiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR