Avropa Birliyi Müxalif və İnqilabi qüvvələrinin Milli koalisiyasını Suriya xalqının qanuni təmsilçisi elan edib

Avropa Birliyi Müxalif və İnqilabi qüvvələrinin Milli koalisiyasını Suriya xalqının qanuni təmsilçisi elan edib
# 11 dekabr 2012 00:50 (UTC +04:00)

APA-Bakı. Avropa Birliyi xarici işlər nazirləri ilə Suriya Müxalif və İnqilabi qüvvələrinin Milli koalisiyasının (MİQMK) rəhbəri Muaz Əl Hatiplə görüşündə onun təmsil etdiyi qurumun Suriya xalqının qanuni təmsilçisi qismində tanınması qərarı qəbul edilib. APA-nın məlumatına görə, bu barədə CNN Türk xəbər verir.


“Avropa Birliyi Suriya xalqının qanuni təmsilçisi kimi tanıdığı Suriyanın Müxalif və İnqilabi qüvvələrinin Milli koalisiyasının rəhbəri Muaz Əl Hatip ilə fikir mübadiləsi aparmaq imkanından məmnun olduğunu bildirir”, - deyə xarici işlər nazirlərin Suriya ilə bağlı qəbul etdikləri bəyanatda qeyd olunub.

Avropa Birliyi noyabrın 28-29-da Qahirədə keçirilən toplantıda Suriya Müxalif və İnqilabi qüvvələrinin Milli koalisiyasının daha operativ və əhatəli fəaliyyət göstərmək barədə qəbul olunan qərarını alqışlayıb və bu istiqamətdə səyləri daha da artırmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR