Rəssamlar və Bəstəkarlar ittifaqlarının sədrləri Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin şəxsi heyəti ilə görüşüb - VİDEO - FOTOSESSİYA

Rəssamlar və Bəstəkarlar ittifaqlarının sədrləri Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin şəxsi heyəti ilə görüşüb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 07 oktyabr 2013 10:19 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bu gün Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin (TTM) şəxsi heyəti ilə görüşüb.

APA-nın məlumatına görə, əvvəlcə TTM-in simulyator sinfinə baş çəkən qonaqlar burada BMP-2 tipli piyadaların döyüş maşınlarını idarə edən heyətin təlimi ilə tanış olublar. Döyüş maşınının komandir və sürücü-mexanik heyəti öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Simulyator mərkəzində həmçinin özüyeriyən haubitsaların, tank əleyhinə idarə olunan raket komplekslərinin, əsas müharibə tanklarının trenajorlarına baxış keçirilib. Məlumat verilib ki, bu simulyatorlar heyətə texnikanı idarə etmək, virtual şəkildə verilmiş hədəfləri məhv etməyə imkan verir. Bu sistemlərin proqram təminatı sürücü və komandirə hər cür hava şəraitinə uyğun planları icra etməyə, öz bacarıqlarını artırmalarına şərait yaradır.

TTM-in zabit heyəti ilə görüşdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri F.Əlizadə qeyd edib ki, son illər Bakıda keçirilən hərbi paradlarda, eləcə də hərbi hissələrə səfərlər zamanı Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətləri müşahidə edir. TTM-ə səfər zamanı onda geniş təəssüratlar yaratdığını deyən F.Əlizadə Azərbaycan zabitlərinin ən mürəkkəb hərbi texnikaları idarə etməyi bacardığını vurğulayıb: «Bir deyim var: sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Mən burada bizim övladlarımızın vətənimizi qorumağa nə qədər hazır olduğunu gördüm».

Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov qeyd edib ki, bu gün Azərbaycan Ordusu 20 il əvvəlin ordusu deyil. Hər cür təminat və təchizatı olan mütəşəkkil, vahid komandanlığa bağlı bir ordudur.

Polkovnik Eldar Sabiroğlu bildirib Ki, Azərbaycan Ordusu Ali Baş Komandanın diqqət və qayğısı altında inkişaf edir və Cənubi Qafqazda Ən güclü orduya çevrilib: “Bizim Ordumuz torpaqlarımızı sonsuza qədər düşmənin əlində qalmasına razı olmayacaq”.

Tədbirdə çıxış edən TTM-in zabitləri Azərbaycan Ordusunun qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirmək imkanında olduğunu vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR