Qahirədə güclü partlayış törədilib, xeyli ölən və yaralanan var - FOTO

Qahirədə güclü partlayış törədilib, xeyli ölən və yaralanan var - <span style="color: red;">FOTO
# 24 yanvar 2014 07:02 (UTC +04:00)

APA-nın “Al Arabiya” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış yerli vaxtla saat 6.30-da polis qərargahı qarşısında baş verib.

Hələlik 3 nəfərin həlak olduğu, 45-dək insanın yaralandığı açıqlanıb.

Hadisə şahidlərin sözlərinə görə, partlayışdan sonra binaya naməlum şəxslər tərəfindən atəş açılıb.

Qeyd edək ki, son günlər Misirdə polis əməkdaşlarına qarşı terror aktların sayı artmaqdadır. Belə ki, bu həftə maskalı silahlı şəxslər beş polis əməkdaşını qətlə yetiriblər.

Misirin Beni Suef vilayətində hücum nəticəsində isə iki polis əməkdaşı yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR