Jan-Klod Minyon: “AŞ baş katibliyi postuna namizədliyimin irəli sürülməsi böyük şərəfdir”

Jan-Klod Minyon: “AŞ baş katibliyi postuna namizədliyimin irəli sürülməsi böyük şərəfdir”
# 27 yanvar 2014 12:08 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. AŞPA-da sədrliyi başa çatan Jan-Klod Minyon AŞ baş katibliyi postuna namizədliyinin irəli sürülməsinə toxunub. APA-nın Avropa müxbirinin xəbərinə görə, J. K. Minyon bildirib ki, Fransa rəsmi olaraq Avropa Şurası baş katibliyinə onun namizədliyini irəli sürüb: “Bu, mənim üçün böyük şərəfdir ki, öz hökumətim tərəfindən belə bir vəzifəyə layiq sayılıram. Eyni zamanda, bu, çox məsuliyyətli bir işdir. Amma mən indi tək Fransa tərəfindən irəli sürülmüş namizəd deyil, Avropa Şurasının, təşkilata üzv olan bir çox ölkənin qəbul etdiyi namizədi kimi özümü görmək istərdim və çalışacağam ki, onların da dəstəyinə layiq görülüm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR