“Azəristiliktəchizat” Bakıda yanan binanın sakinlərinin borclarını silib

“Azəristiliktəchizat” Bakıda yanan binanın sakinlərinin borclarını silib
# 21 may 2015 14:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azəristiliktəchizat” ASC mayın 19-da Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə əlaqədar həmin binanın sakinlərinin istilik haqlarına görə bugünkü tarixə olan borcu cəmiyyətin hesabına ödəyib.

Bunu “APA-Economics”ə “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

Onun sözlərinə görə, bu gün bu məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-də iclas keçirilib: “Yığıncaqda Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə əlaqədar həmin binanın sakinlərinə öz dəstəyini göstərmək üçün “Azəritiliktəchizat” ASC rəhbərliyi tərəfindən bununla bağlı xüsusi qərar qəbul edilib. Bu sakinlərin istilik haqlarına görə bugünkü tarixə olan borcu cəmiyyətin hesabına ödənilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR