İran parlamentinin sədri Türkiyəyə səfər edəcək

İran parlamentinin sədri Türkiyəyə səfər edəcək
# 21 noyabr 2012 11:37 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran parlamentinin sədri Əli Laricani Türkiyəyə birgünlük səfər edəcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, səfər noyabrın 23-də həyata keçiriləcək.

Səfər çərçivəsində Ə.Laricani bir sıra Türkiyə rəsmiləri ilə görüşəcək, regional problemlər başda olmaqla Suriyadakı böhran və İsrailin Qəzzaya hücumları əsas müzakirə mövzusu olacaq. Eyni zamanda İran parlamentinin spikeri İranın İstanbuldakı baş konsulluğunda keçiriləcək Aşura mərasiminə qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR