Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi: “Müayinələrin məcburi aparılması mümkün deyil”

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi: “Müayinələrin məcburi aparılması mümkün deyil”
# 01 dekabr 2012 10:01 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Respublika QİÇS-lə Mübarizə Mərkəzi İİV infeksiyasına yoluxmanı müəyyən edən müayinənin məcburi qaydada aparılması ilə bağlı səslənən təklifə münasibət bildirib. APA-nın xəbərinə görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda əhali arasında İİV infeksiyasına yoluxmanı müəyyən edən müayinələrin məcburi aparılması mümkün deyil: “Müayinələrin məcburi edilməsi özünü doğrultmaz. Çünki hər bir şəxsin İİV infeksiyasına görə müayinəsinin nəticəsi 3 ay ərzində real hesab olunur. Üç aydan sonra isə yenidən müayinələrin aparılmasına ehtiyac yaranır. Heç kimi məcbur etmək olmaz ki, 3 aydan bir müayinədən keçsin. Yalnız maarifləndirmə işləri aparmaqla yoluxmanın qarşısını almaq olar”.

E. Alməmmədova bildirib ki, İİV-ə yoluxmaya görə riskli qrup hesab edilən insanlar yalnız vaxtaşırı müayinələrdən keçməklə özlərini yoluxmadan qoruya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR