«McDonald's», «KFC» və «Pizza Hut»ın işçiləri maaşlarından narazıdır

«McDonald
# 30 noyabr 2012 08:03 (UTC +04:00)

Bakı – APA-Economics. Nyu-Yorkdakı fast-fud şəbəkəsinin əməkdaşları maaşların artırılması və peşə ittifaqını yaratmaq hüququ almaq üçün etiraz aksiyalarına başlayıblar. «APA-Economics»in «Reuters»ə istinadən məlumatına görə, «Fast-fud irəli!» aksiyasının iştirakçıları maaşlarının iki dəfə artırılaraq saatda 15 dollara qədər qaldırılmasını tələb edirlər. Bununla bağlı tətillər Nyu-Yorkdakı «McDonald's», «Burger King», «Wendy's», «Taco Bell», «KFC», «Pizza Hut» və «Domino's» məntəqələrində keçirilir.

Qeyd edək ki, ABŞ-dakı fast-fud sənayesi maaşların azlığı ilə məşhurdur. Bununla yanaşı, «McDonald's»ın keçmiş direktoru Riçard Adams bildirib ki, saatda 15 dollar maaş həddən artıq yüksəkdir və maaşlar bu həddə çatsa fast-fud məhsullarının qiymətləri də 1-2 dollar bahalaşmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR