Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin noyabr renkinqində liderliyi «Paşa Kapital» ələ keçirib

Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin noyabr renkinqində liderliyi «Paşa Kapital» ələ keçirib
# 04 dekabr 2012 13:19 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabr ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «Paşa Kapital» MMC başçılıq edir.


Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, şirkət müştərilərə ümumi dəyəri 89,8 mln. manatlıq broker xidmətləri göstərib. İkinci yeri müştərilərə ümumilikdə 67,3 mln. manatlıq broker xidmətləri göstərmiş «Chelsea Capital» şirkəti tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 7 mln. manatla «Brokdil-Az» şirkəti qərarlaşıb.

2012-ci il noyabr ayı üzrə DQK bazarında göstərilmiş

xidmətlərin həcminə görə brokerlərin renkinqi

Mövqe

(noyabr, 2012)

Mövqe

(oktyabr, 2012)

Brokerlər

Əməliyyatların

həcmi (AZN)

1

5

Pasha Capital

89 772 690,47

2

1

Chelsea Capital

67 277 051,81

3

2

Brokdil-Az

6 996 305,85

4

-

BoB Broker

5 987 940,00

5

3

Texnika Capital Management

5 494 888,51

6

4

Unicapital

506 262,54

7

-

Standard Capital

494 546,50

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR