Bakıda yaşayış evinin həyətindən torpağa basdırılmış kişi meyiti tapılıb

Bakıda yaşayış evinin həyətindən torpağa basdırılmış kişi meyiti tapılıb
# 16 dekabr 2014 14:53 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ramana qəsəbəsi Şuşa şəhərciyində qeydə alınıb.

Qəsəbədəki evlərdən birinin həyətyanı sahəsində torpağa basdırılmış kişi meyiti aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gedib. Hadisənin kimin tərəfindən və hansı şəraitdə törədildiyi, habelə öldürülən şəxsin kimliyi hələlik məlum deyil.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR